—

İrakli Kobaxidze: “Martda iqtisadi artım 9% təşkil edib”

353
İrakli Kobaxidze: “Martda iqtisadi artım 9% təşkil edib”
Dinləmək üçün basın

2025-ci ilin mart ayında ölkədə iqtisadi artım 9% olub və birinci rübün ümumi göstəricisi 9,3% təşkil edib.

2025-ci ilin mart ayında ölkədə iqtisadi artım 9% olub və birinci rübün ümumi göstəricisi 9,3% təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, bu dövrdə vergi gəlirləri planı 120 milyon lari artıq icra olunub ki, bu da iqtisadi artımın nəticəsidir.

“Dünən Statistik Xidmətin məlumatları dərc olundu. Mart ayında iqtisadi artım 9% təşkil etdi və birinci rüb üzrə ümumi göstərici 9,3% oldu. Eyni zamanda, birinci rübdə vergi gəlirləri planı 120 milyon lari artıq icra olunub. Bu, iqtisadi artımın nəticəsidir. Bunun üçün iqtisadi komanda üzvlərinə təşəkkürümü bildirirəm. Bizim əsas prioritetlərimizdən biri ölkənin iqtisadi inkişafını təmin etməkdir. Bu istiqamətdə hələ çox iş görülməlidir. İqtisadi artımı daha da sürətləndirmək üçün işimizi davam etdirəcəyik,” – deyə Kobaxidze vurğulayıb.

Baş nazir qeyd edib ki, turizm sahəsində də müsbət göstəricilər müşahidə olunur. Onun sözlərinə görə, beynəlxalq ziyarətçilərin xərcləri bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% artıb.

“Turizm iqtisadiyyatın mühüm sahəsidir və bununla yanaşı, iqtisadiyyatın necə işlədiyini göstərən bir sahədir. Şadam ki, bu sektorda da müsbət dinamika müşahidə olunur,” – deyə Kobaxidze əlavə edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →