—

Vaqzal yaxınlığında baş verən yanğın səbəbilə yaxınlıqdakı klinikanın oksigen zavodunun fəaliyyəti dayanıb

517
Vaqzal yaxınlığında baş verən yanğın səbəbilə  yaxınlıqdakı klinikanın oksigen zavodunun fəaliyyəti dayanıb
Dinləmək üçün basın

Tbilisidə Vaqzal meydanının yaxınlığında baş vermiş yanğın səbəbilə klinikanın oksigen zavodunun fəaliyyəti dayanıb və bu səbəbdən 93 pasiyent digər tibb müəssisələrinə təxliyə edilib.

Tbilisidə Vaqzal meydanının yaxınlığında baş vermiş yanğın səbəbilə klinikanın oksigen zavodunun fəaliyyəti dayanıb və bu səbəbdən 93 pasiyent digər tibb müəssisələrinə təxliyə edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Klinika „Helsicore“un baş direktoru Arçil Xantadze bildirib.

“Hadisə 06:30-da baş verdi. Həmin vaxt klinikada 93 pasiyent var idi. Oksigen zavodunda problem yarandı, generatorlar da sıradan çıxdı və buna görə də pasiyentləri təcili olaraq digər klinikalara köçürmək məcburiyyətində qaldıq. Əməli şəkildə fəaliyyət göstərildi – 112 xidmətinə, DİN-ə və səhiyyə nazirinə təşəkkür edirəm. Təxliyə bir saat ərzində həyata keçirildi. Pasiyentlər „İngorokva“, „Pineo“ və Aladaşvili klinikalarına yerləşdirildi. Onların həyatı üçün heç bir təhlükə yoxdur. Süni tənəffüs aparatına qoşulu olan xəstələr reanimobillərlə, digərləri isə təcili tibbi yardım maşınları ilə daşındı”, – deyə Xantadze bildirib

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →