—

Mixeil Kavelaşvili Nikol Paşinyanla görüşüb

202
Mixeil Kavelaşvili Nikol Paşinyanla görüşüb
Dinləmək üçün basın

Prezident Mixeil Kavelaşvili İrəvana rəsmi səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Prezident Mixeil Kavelaşvili İrəvana rəsmi səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.

Ermənistan Hökumət Evində baş tutan təkbətək görüşdə M.Kavelaşvili regional əməkdaşlıq və Cənubi Qafqazda sülh təşəbbüslərinə dəstəyini ifadə edib.

Tərəflər Gürcüstan və Ermənistan arasında mövcud olan səmərəli əməkdaşlıq və mehriban qonşuluq münasibətlərini müzakirə ediblər. Həmçinin, regionda mövcud çağırışlar, eyni zamanda Cənubi Qafqazda sülh və sabitliyin əhəmiyyəti müzakirə edilib.

Prezident Mixeil Kavelaşvili bəyan edib ki, Gürcüstan 2025-ci il martın 13-də Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların tamamlanmasına dair verilmiş bəyanatı Cənubi Qafqazda davamlı sülh və sabitlik yolunda tarixi addım kimi qiymətləndirir.

Kavelaşvili, eyni zamanda, qeyd edib ki, bu yaxınlarda Tbilisidə Gürcüstan, Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında üçtərəfli görüş keçirilib və bu formatda əməkdaşlığın gələcəkdə də davam etdirilməsi regionun rifahı baxımından önəmlidir.

Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqazda regional dialoq və əməkdaşlığın inkişafına sadiqdir və bu istiqamətdə təşəbbüsləri dəstəkləməyə hazırdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →