—

Revaz Soxadze infrastruktur naziri təyin edildi

315
Revaz Soxadze infrastruktur naziri təyin edildi
Dinləmək üçün basın

Revaz Soxadze infrastruktur naziri təyin edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə deyib.

Hökumət başçısı Revaz Soxadzenin təcrübəsini və bacarığını vurğulayıb, ona yeni vəzifəsində uğurlar arzulayıb.

"Bildiyiniz kimi, Revaz Soxadze bizim siyasi komandamızın yüksək vəzifəli üzvüdür. O, Tbilisi Dövlət Universitetində əvvəlcə tibb, sonra maliyyə sahəsində təhsil alıb. O, uzun illər özəl sektorda yüksək rəhbər vəzifələrdə çalışıb, 2017-ci ildən isə Tbilisi Şəhər Şurasının üzvü, Samqori rayonundan majoritar deputat, Tbilisi Şəhər Şurasının Şəhərsalma Komissiyasının sədri olub. Cənab Revaza infrastruktur naziri vəzifəsində uğurlar arzulayıram", - Baş nazir qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →