—

Levan Davitaşvili ABŞ-da ilk rəsmi görüşünü Dövlət Departamentində keçirib

254
Levan Davitaşvili ABŞ-da ilk rəsmi görüşünü Dövlət Departamentində keçirib
Dinləmək üçün basın

Gürcüstanın birinci vitse-premyeri Levan Davitaşvili ABŞ-a səfəri çərçivəsində ilk rəsmi görüşünü Dövlət Departamentində keçirib. Görüşdə o, ABŞ dövlət katibinin müavini Coşua Hak ilə Gürcüstan və ABŞ arasında siyasi və…

Gürcüstanın birinci vitse-premyeri Levan Davitaşvili ABŞ-a səfəri çərçivəsində ilk rəsmi görüşünü Dövlət Departamentində keçirib. Görüşdə o, ABŞ dövlət katibinin müavini Coşua Hak ilə Gürcüstan və ABŞ arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın İqtisadiyyat Nazirliyi yayıb.

Levan Davitaşvilinin sözlərinə görə, Gürcüstan hökuməti ilə ABŞ-ın yeni administrasiyası arasında əsas məsələlər üzrə tam uyğunluq mövcuddur.

“Biz siyasi perspektivləri müzakirə etdik və vurğuladıq ki, ABŞ-ın yeni administrasiyası ilə əsas məsələlərə dair baxışlarımız tam üst-üstə düşür. Bu uyğunluq əməkdaşlıq gündəliyinin qurulmasında bizə kömək edəcək”, – deyə Davitaşvili bildirib.

Onun qiymətləndirməsinə görə, həmçinin ABŞ-ın Ticarət və Xəzinədarlıq Departamentlərində də olduqca maraqlı və məhsuldar görüşlər keçirilib.

“Hər üç qurumla əməkdaşlıq perspektivləri, gələcək planlar və birgə həyata keçiriləcək təşəbbüslər müzakirə olundu. Ticarətin təşviqi, yeni təşəbbüslər, Gürcüstanın makroiqtisadi çərçivəsi, maliyyələşmə məsələləri, ABŞ-ın beynəlxalq maliyyə institutlarında iştirakı və həyata keçirdiyimiz islahatlar gündəmdə idi. Eyni zamanda sanksiyaların icrası və gələcək əməkdaşlıq planları da nəzərdən keçirildi. Düşünürük ki, bu təşəbbüslər hər iki ölkə üçün faydalı olacaq,” – deyə vitse-premyer əlavə edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →