—

DİN vətəndaşlara saxta e-poçt mesajları ilə bağlı xəbərdarlıq edib

364
DİN vətəndaşlara saxta e-poçt mesajları ilə bağlı xəbərdarlıq edib
Dinləmək üçün basın

"112" Xidməti və Patrul Polisinin birgə xidmət mərkəzinin qaynar xəttinə çoxsaylı vətəndaş zəngləri daxil olub. Zəng edənlər bildiriblər ki, Patrul Polisi Departamentinin rəhbərinin adından onlara naməlum məzmunlu…

"112" Xidməti və Patrul Polisinin birgə xidmət mərkəzinin qaynar xəttinə çoxsaylı vətəndaş zəngləri daxil olub. Zəng edənlər bildiriblər ki, Patrul Polisi Departamentinin rəhbərinin adından onlara naməlum məzmunlu elektron məktublar göndərilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bu məktublar Patrul Polisi Departamentinin direktoru tərəfindən göndərilməyib və bu cür mesajlar rəsmi qurumla heç bir əlaqəyə malik deyil.

Vətəndaşların diqqətinə çatdırılır ki, bu saxta mesajlara inanmasınlar və aldanmasınlar. Daxili İşlər Nazirliyi qeyd olunan faktın aidiyyəti üzrə müvafiq xidmət tərəfindən araşdırılacağını açıqlayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →