—

“Dəyişiklik naminə koalisiya”nın üzvü inzibati həbs cəzası alıb

301
“Dəyişiklik naminə koalisiya”nın üzvü  inzibati həbs cəzası alıb
Dinləmək üçün basın

“Dəyişiklik naminə koalisiya”nın üzvü Gela Xasaya Tbilisi Şəhər Məhkəməsi tərəfindən inzibati hüquq pozuntusu törətməkdə təqsirli bilinib.

“Dəyişiklik naminə koalisiya”nın üzvü Gela Xasaya Tbilisi Şəhər Məhkəməsi tərəfindən inzibati hüquq pozuntusu törətməkdə təqsirli bilinib.

InterPress.ge xəbər verir ki, hakim Davit Tetraulinin qərarı ilə ona 12 günlük inzibati həbs cəzası verilib. Xasaya məhkəmə zalında saxlanılıb.

İş 31 mart tarixində baş vermiş hadisə ilə bağlıdır. O, etiraz aksiyası başlamazdan əvvəl saxlanılıb və həmin vaxt üzərində səthi baxış aparılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi onu İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi – polis əmrinə tabe olmamaq ittihamı ilə məsuliyyətə cəlb edirdi.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →