—

Mixeil Ğavelaşvili Azərbaycanın Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

331
Mixeil Ğavelaşvili Azərbaycanın Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Dinləmək üçün basın

Mixeil Ğavelaşvili aprelin 16-da Azərbaycanın Fəxri xiyabanına gedərək xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil…

Mixeil Ğavelaşvili aprelin 16-da  Azərbaycanın Fəxri xiyabanına gedərək xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

InterPress.ge xəbər verir ki,  Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Eyni zamanda Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti aprelin 16-da Şəhidlər xiyabanını da ziyarət edib.

Mixeil Kavelaşvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən prezidentə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →