—

Nika Melia: Hazırda bir çox müxalif partiya yerli seçkilərdə iştirak etməyi ciddi şəkildə düşünür

283
Nika Melia: Hazırda bir çox müxalif partiya yerli seçkilərdə iştirak etməyi ciddi şəkildə düşünür
Dinləmək üçün basın

"Hazırda bir sıra müxalif partiyalar yerli özünüidarəetmə seçkilərində iştirak etməyi ciddi şəkildə nəzərdən keçirirlər."

"Hazırda bir sıra müxalif partiyalar yerli özünüidarəetmə seçkilərində iştirak etməyi ciddi şəkildə nəzərdən keçirirlər."

InterPress.ge xəbər verir ki, bu barədə “Dəyişiklik naminə koalisiya”nın liderlərindən biri, Nika Melia bildirib.

Melia konkret partiyaların adlarını çəkməsə də, qeyd edib ki, onun komandası, o cümlədən özü, bunun qarşısını almaq üçün hər şeyi edir:

“Biz – o cümlədən mən – əlimizdən gələni edirik ki, bu baş verməsin. Çünki düşünürəm ki, parlament boykotunun qiymətini aprel ayında hamımız çox yaxşı hiss etdik. Bu qeyri-bərabər mübarizədə Gürcü xalqının necə üstünlük qazandığını gördük.”

Melia əlavə edib ki, əgər parlament boykotu olmasaydı, bu gün etiraz aksiyalarında heç bir nəfər belə ayaqda dayanmazdı:

“Əgər müxalifət partiyaları boykota getməsəydi, indi bir nəfər də etiraz aksiyasında dayanmazdı – heç olmasa bir həftəlik etiraz olardı, vəssalam.”

O, həmçinin qeyd edib ki, 2020–2021-ci illərin təcrübəsi “bizim üçün dərs olmalıdır”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →