—

Mamuka Mdinaradze: “Ərazilərimiz işğal altındaykən Rusiya ilə diplomatik münasibətlərin bərpası mümkün deyil”

374
Mamuka Mdinaradze: “Ərazilərimiz işğal altındaykən Rusiya ilə diplomatik münasibətlərin bərpası mümkün deyil”
Dinləmək üçün basın

"Gürcüstan əraziləri işğal altında olduğu müddətcə bu məsələyə müsbət cavab vermək mümkün deyil."

"Gürcüstan əraziləri işğal altında olduğu müddətcə bu məsələyə müsbət cavab vermək mümkün deyil."

InterPress.ge xəbər verir ki, bu barədə Parlament çoxluğunun lideri Mamuka Mdinaradze jurnalistlərin Rusiya ilə diplomatik münasibətlərin bərpası ilə bağlı sualına cavab verərək bildirib.

Mdinaradzenin sözlərinə görə, yalnız o halda müzakirə aparıla bilər ki, işğalçı tərəf bu mövzuda Gürcüstan üçün pozitiv kontekstdə danışmağa başlasın:

“Ərazilərimiz işğal altındaykən bu cür məsələlərə bizim tərəfimizdən müsbət cavab ola bilməz. Amma o zaman ki, işğalçı bu mövzularda Gürcüstan üçün müsbət kontekstdə danışmağa başlayar, onda hər şey haqqında danışmaq mümkündür. Lakin hələ ki, Gürcüstanın ərazilərinin işğalını davam etdirən bir dövlət, belə bir subyekt, bizdən diplomatik münasibətlərin bərpası ilə bağlı müsbət cavab ala bilməz”, – deyə Mdinaradze vurğulayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →