—

Kreditlərlə bağlı yeni qayda qüvvəyə minir

1,714
Kreditlərlə bağlı yeni qayda qüvvəyə minir
Dinləmək üçün basın

Gürcüstan Milli Bankının qərarı ilə, 2025-ci il 1 maydan qüvvəyə minəcək dəyişikliklərə əsasən, kreditin başqa maliyyə təşkilatından tam və ya qismən refinanslaşdırılması halında erkən ödəmə (öncədən bağlama) üzrə…

Gürcüstan Milli Bankının qərarı ilə, 2025-ci il 1 maydan qüvvəyə minəcək dəyişikliklərə əsasən, kreditin başqa maliyyə təşkilatından tam və ya qismən refinanslaşdırılması halında erkən ödəmə (öncədən bağlama) üzrə komissiyanın yuxarı həddi fiziki şəxslər və ümumi borcu 2 milyon laridən az olan hüquqi şəxslər üçün 2%-dən 0.5%-ə endiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Qurumun məlumatına görə, bu addım bir maliyyə təşkilatından digərinə borcun köçürülməsi xərclərini azaldacaq və maliyyə təşkilatları arasında rəqabəti gücləndirəcək, nəticədə müştərilərə daha sərfəli şərtlər təklif olunacaq.

Yeniliklərə əsasən, ilk dəfə olaraq sənədli əməliyyatlara (akkreditiv, sənədli inkasso, bank zəmanəti, akseptlər və s.) da erkən ödəmə üzrə komissiyanın yuxarı həddi müəyyən olunub – maksimum 2%. Bu sahə indiyə qədər tənzimlənmirdi və bəzi hallarda daha yüksək komissiyaların tətbiqi müşahidə olunurdu. Məhz buna görə Milli Bank bu sahədə istehlakçı hüquqlarının qorunması qaydalarına dəyişiklik etməyi məqsədəuyğun hesab edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Şio III: “Surroqatlığın qadağan edilməsi xalqımızın mənəvi və əxlaqi sağlamlığının bərpası istiqamətində böyük addım olacaq”Laşa Parulava: Kommersiya surroqatlığı qadın istismarı və insan alveri riskləri yaradırSalome Samadaşvili: Surroqatlığın tam qadağan edilməsinin heç bir əsası yoxdurPaşinyan: “Yeni konstitusiya qəbul edildikdən sonra Azərbaycanla sülh müqaviləsini imzalayıb ratifikasiya edəcəyik”Ermənistan hökuməti yeni konstitusiya layihəsini dərc edibSon xəbərlərə bax →