—

Ukraynada raket zərbələri nəticəsində ölənlərin sayı 30-u ötüb

378
Ukraynada raket zərbələri nəticəsində ölənlərin sayı 30-u ötüb
Dinləmək üçün basın

Ukraynanın Sumı şəhərinin mərkəzinin Rusiya ordusu tərəfindən raketlərlə vurulması nəticəsində həlak olan mülki şəxslərin sayı 31 nəfərə çatıb.

Ukraynanın Sumı şəhərinin mərkəzinin Rusiya ordusu tərəfindən raketlərlə vurulması nəticəsində həlak olan mülki şəxslərin sayı 31 nəfərə çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində 84 nəfər yaralanıb.

Ukraynanın daxili işlər naziri İqor Krimenkonun sözlərinə görə, həlak olanlardan 2-si, xəsarət alanların 7-si uşaqdır.

Ukrayna Prezidenti Volodimir Zelenski isə qeyd edib ki, atəşlər şəhərin küçəsini, o cümlədən evləri, təhsil müəssisələrini, avtomobilləri hədəf alıb. Onun sözlərinə görə, təcavüzkara təzyiq olmadan sülh mümkün deyil.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →