—

Britaniya vətəndaşı narkotik cinayətinə görə saxlanılıb

446
 Britaniya vətəndaşı narkotik cinayətinə görə saxlanılıb
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin Mtsxeta Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik vasitələrin…

Gürcüstan Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin Mtsxeta Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və kultivasiyası faktı üzrə Böyük Britaniya vətəndaşı, 1988-ci il təvəllüdlü D.H.-ni saxlayıblar. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.

Nazirliyin açıqlamasına görə, törədilmiş cinayətlərə görə 4 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.

 “Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayətinə görə saxlanılan şəxsin üzərinə və yaşayış evinə baxış keçirərkən satış üçün hazırlanmış külli miqdarda narkotik vasitə və elektron tərəzi maddi sübut kimi götürülüb. Həmçinin, narkotik tərkibli bitkilərin yetişdirilməsi üçün qurulmuş istixanadan 13 ədəd çətənə (kannabis) kolu aşkarlanaraq götürülüb,” – deyə rəsmi məlumatda bildirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 265-ci və 273¹-ci maddələri ilə aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →