—

Batumidə Ukrayna vətəndaşından 180 min dollar tələb edən şəxslər saxlanılıb

416
Batumidə Ukrayna vətəndaşından 180 min dollar tələb edən şəxslər saxlanılıb
Dinləmək üçün basın

Acarıstan Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Ukrayna vətəndaşı, 1981-ci il təvəllüdlü M.Z. və əvvəllər məhkum olunmuş, 1987-ci il…

Acarıstan Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Ukrayna vətəndaşı, 1981-ci il təvəllüdlü M.Z. və əvvəllər məhkum olunmuş, 1987-ci il təvəllüdlü Ş.Q.-nı böyük məbləğdə əmlak əldə etmək məqsədilə qrup halında hədə-qorxu ilə tələb və təzyiq göstərməkdə ittiham edərək saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, bu cinayətlər 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Batumidə 1994-cü il təvəllüdlü Ukrayna vətəndaşı M.H.-dən Ukraynada aparılan cinayət işi üzrə keçiriləcək məhkəmə prosesində ifadəsini dəyişdirməyi və həmin iş üzrə saxlanılan şəxslərin xeyrinə ifadə verməyi tələb ediblər. Əks təqdirdə, onlar M.H.-ni və onun həyat yoldaşını qətlə yetirməklə hədələyiblər.

Hüquq-mühafizə orqanları operativ tədbirlər nəticəsində təzyiq göstərən şəxslərin kimliyini müəyyənləşdiriblər. Polis Ş.Q.-nu Batumidə, M.Z.-ni isə Sərf sərhəd-keçid məntəqəsində ölkəni tərk etməyə çalışarkən saxlayıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 181-ci və 150-ci maddələrinin ikinci hissəsi ilə aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →