—

İstanbulda ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar keçirilir

250
İstanbulda ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar keçirilir
Dinləmək üçün basın

ABŞ və Rusiya arasında diplomatik əlaqələrin normallaşdırılmasına dair danışıqlar İstanbulda baş tutur.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Rusiya mediası yayıb.

Bildirilib ki, görüş Rusiya Federasiyasının İstanbuldakı Baş Konsulluğunda keçirilir və əsas müzakirə mövzusu iki ölkənin diplomatik missiyalarının işinin bərpası və normallaşdırılmasıdır.

Rusiya tərəfini ABŞ-dakı səfir Aleksandr Darçiyev, ABŞ tərəfini isə Dövlət Departamentinin Rusiya və Mərkəzi Avropa məsələləri üzrə səfir köməkçisinin müavini Sonata Kolter təmsil edir.

ABŞ Dövlət Departamentinin sözçüsü Tami Brüs bildirib ki, görüşdə Ukraynaya qarşı müharibə mövzusu gündəmdə deyil – yalnız səfirliklərin fəaliyyəti ilə bağlı texniki məsələlər müzakirə olunur.

Qeyd edək ki, iki ölkə arasında diplomatik fəaliyyətin bərpasına dair ilk görüş 27 fevralda da İstanbulda keçirilmişdi.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →