—

Türkiyə – Azərbaycan – Gürcüstan parlamentləri arasında üçtərəfli əməkdaşlıq mexanizmi yaradılacaq

183
Türkiyə – Azərbaycan – Gürcüstan parlamentləri arasında üçtərəfli əməkdaşlıq mexanizmi yaradılacaq
Dinləmək üçün basın

Türkiyə – Azərbaycan – Gürcüstan parlamentləri arasında üçtərəfli əməkdaşlıq mexanizmi yaradılacaq.

Türkiyə – Azərbaycan – Gürcüstan parlamentləri arasında üçtərəfli əməkdaşlıq mexanizmi yaradılacaq.

InterPress.ge  xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla gürcüstanlı həmkarı Şalva Papuaşvili arasında Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş görüşdə razılıq əldə olunub.

Bu istiqamətdə addım atılmalı olduğunu diqqətə çatdıran Kurtulmuş Türkiyənin sözügedən məsələ ilə bağlı ev sahibliyinə hazır olduğunu da bildirib.

Türkiyəli spiker həmçinin Gürcüstanın ərazi bütövlüyünə dəstəyini ifadə edib. O, Gürcüstanın ərazi bütövlüyünü təhdid edən problemlərin aradan qalxmasının regional sabitliyə töhfə verəcəyini qeyd edib.

Kurtulmuş hökumətlər arasında olan yaxşı münasibətləri parlament səviyyəsində davam etdirmək istədiklərini və bu əlaqələrin artırılmasında parlament diplomatiyasının bütün imkanlarından yararlanmaq istədiklərini ifadə edərək Gürcüstan parlamentində Türkiyə dostluq qrupunun yaradılmasını arzuladıqlarını bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →