—

Tbilisi Şəhər Məhkəməsində Mamuka Xazaradzeyə qarşı yeni ittiham üzrə məhkəmə prosesi keçirilir

313
Tbilisi Şəhər Məhkəməsində Mamuka Xazaradzeyə qarşı yeni ittiham üzrə məhkəmə prosesi keçirilir
Dinləmək üçün basın

Tbilisi Şəhər Məhkəməsində “Lelo – Güclü Gürcüstan” partiyasının liderlərindən biri olan Mamuka Xazaradzeyə qarşı irəli sürülmüş yeni ittiham – “Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının tələbinin yerinə…

Tbilisi Şəhər Məhkəməsində “Lelo – Güclü Gürcüstan” partiyasının liderlərindən biri olan Mamuka Xazaradzeyə qarşı irəli sürülmüş yeni ittiham – “Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının tələbinin yerinə yetirilməməsi” ilə bağlı məhkəmə iclası keçirilir.

InterPress.ge xəbər verir ki, bu gün keçirilən məhkəmə prosesində Xazaradzeyə qarşı hansı qətimkan tədbirinin seçilməsi müzakirə olunur.

Dövlət ittihamı onun barəsində 50 000 lari məbləğində girov təyin edilməsini tələb edir. Müdafiə tərəfi isə Xazaradzenin hər hansı qətimkan tədbiri olmadan sərbəst buraxılmasını istəyir.

Məhkəmə iclasında Mamuka Xazaradze şəxsən iştirak edir.

Xatırladaq ki, Mamuka Xazaradze 25 mart tarixində Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının iclasına izahat vermək üçün çağırılmışdı, lakin o, iclasa qatılmamışdı. Daha sonra o, ifadəsini magistrat hakim qarşısında vermişdi.

Xazaradzeyə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi üzrə irəli sürülüb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →