Tbilisinin Didube rayonunda, Aqladze küçəsində gecə saatlarında dava və atışma baş verib.
InterPress.ge xəbər verir ki, hadisə anını əks etdirən görüntülər artıq sosial şəbəkələrdə yayılıb.
Videoda 10-dan çox gənc görünür, lakin onların arasında baş vermiş qarşıdurmanın səbəbi hələlik məlum deyil.
Hadisə ilə bağlı DİN hələlik rəsmi açıqlama verməyib.
