—

Tbilisidə Rusiya vətəndaşı polis maşınına zərər yetirməkdə ittiham olunur

457
Tbilisidə Rusiya vətəndaşı polis maşınına zərər yetirməkdə ittiham olunur
Dinləmək üçün basın

Tbilisi Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində başqasının əmlakına zərər vurmaqda ittiham olunan Rusiya Federasiyası vətəndaşı, 1995-ci il təvəllüdlü…

Tbilisi Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində başqasının əmlakına zərər vurmaqda ittiham olunan Rusiya Federasiyası vətəndaşı, 1995-ci il təvəllüdlü D.K.-nı saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bu cinayət əməlinə görə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2024-cü ilin 28 mart tarixində, Rustaveli prospektində keçirilən aksiya zamanı, üzünü xüsusi maska ilə gizlədərək, Daxili İşlər Nazirliyinin balansında olan avtomobili qəsdən zədələyib və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları isti izlərlə keçirdikləri tədbirlər nəticəsində onun şəxsiyyətini müəyyənləşdirərək Tbilisidə saxlayıblar.

Faktla bağlı araşdırmalar Cinayət Məcəlləsinin 187 ci maddəsinin birinci bəndi ilə aparılır,” – deyə DİN-in açıqlamasında bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →