—

Marneulidə Ramazan bayramı namazı qılınıb - FOTO

455
Marneulidə  Ramazan bayramı namazı qılınıb - FOTO
Dinləmək üçün basın

Müsəlman aləminin əsas bayramlarından biri olan Ramazan Bayramı bu gün Gürcüstanda, xüsusən də Marneulidə yaşayan müsəlmanlar tərəfindən böyük coşğu ilə qeyd edilib.

Müsəlman aləminin əsas bayramlarından biri olan Ramazan Bayramı bu gün Gürcüstanda, xüsusən də Marneulidə yaşayan müsəlmanlar tərəfindən böyük coşğu ilə qeyd edilib.

InterPress.ge xəbər verir ki, bayram namazı Marneulinin Mərkəzi Məscidi olan İmam Əli (ə) məscidində səhər saat 8:30-da başlayıb. Məsciddə toplaşan müsəlmanlar birlikdə bayram namazını qılıb, dualar edərək Ramazan ayı boyunca edilən ibadətlərin qəbul olunmasını diləyiblər.

Məscidin axundu Hacı Hacıyev çıxış edərək, Ramazan ayının mənəvi əhəmiyyətindən, orucun insanın mənəvi tərbiyəsindəki rolundan danışıb. O, həmçinin bütün İslam dünyasını və Gürcüstanda yaşayan müsəlmanları bu mübarək bayram münasibətilə təbrik edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →