—

Prokurorluq keçmiş müdafiə naziri İrakli Okruaşviliyə qarşı istintaqa başlayıb

555
Prokurorluq keçmiş müdafiə naziri İrakli Okruaşviliyə qarşı istintaqa başlayıb
Dinləmək üçün basın

Gürcüstan Prokurorluğu keçmiş müdafiə naziri İrakli Okruaşviliyə qarşı istintaq başlayıb.

Gürcüstan Prokurorluğu keçmiş müdafiə naziri İrakli Okruaşviliyə qarşı istintaq başlayıb.

InterPress.ge xəbər verir ki, qurum bu qərarı parlamentin “Vahid Milli Hərəkat”ın hakimiyyətdə olduğu dövrdəki fəaliyyətlərini araşdırmaq məqsədilə yaradılmış müvəqqəti istintaq komissiyasının müraciəti əsasında verib.

Okruaşvili istintaq komissiyasının iclasında iştirakdan imtina etdikdən sonra, komissiya məsələ ilə bağlı prokurorluğa müraciət edib.

Eyni əsasla istintaq “Güclü Gürcüstan” partiyasının liderləri Mamuka Xazaradze və Badri Japaridze barəsində də başladılıb. Onlar da komissiyanın iclasına çağırılmışdılar, lakin ifadə verməkdən imtina etmişdilər.

Qanunvericiliyə əsasən, parlamentin müvəqqəti istintaq komissiyasının iclasında iştirak etməmək cinayət məsuliyyəti yaradır və bu, cərimə və ya bir ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →