—

Boçorişvili: Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığı region üçün mühüm əhəmiyyət kəsb edir

380
Boçorişvili: Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığı region üçün mühüm əhəmiyyət kəsb edir
Dinləmək üçün basın

Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığı region üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığı region üçün mühüm əhəmiyyət kəsb edir.

InterPress.ge xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili Nyu Delhidə keçirilən “Raisina Dialoqu 2025” adlı beynəlxalq konfransda çıxışında deyib.

O, “Rəqabət və əməkdaşlıq – təhlükəsiz gələcək naminə” panel müzakirədə Azərbaycan, Gürcüstan və bütövlükdə region üçün strateji əhəmiyyət kəsb edən məsələlərə toxunub.

Nazirin sözlərinə görə, Gürcüstanın tarixi rolunun bərpası və onun müasir dünyada möhkəmlənməsi ölkənin əsas prioritetləridir:

“Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlığımız, strateji tərəfdaşlarımızın dəstəyi sayəsində bir çox mühüm layihə həyata keçirilib. Onilliklər sonra belə, bu layihələr aktuallığını qoruyub saxlayır, çünki onların ümumi Avropa təhlükəsizliyini gücləndirmək baxımından böyük potensialı var. Xüsusilə, enerji və nəqliyyat sahələrində bu layihələr mühüm rol oynayır”.

O bildirib ki, son dövrlərdə Gürcüstan Azərbaycan, Türkiyə və Ermənistanla əməkdaşlığın vacibliyini bir daha anlayıb. Boçorişvilinin sözlərinə görə, bu üç ölkə Gürcüstanın əsas tərəfdaşlarıdır və bu əməkdaşlıq bölgənin inkişafı üçün vacibdir.

“Sülh və təhlükəsizlik bizim üçün əsas faktorlardır. Azərbaycan və Ermənistan arasında sülh sazişi bütün region üçün mühüm əhəmiyyət daşıyır”, - o vurğulayıb.

M.Boçorişvili Orta Dəhlizin əhəmiyyətinə də diqqət çəkib. Onun sözlərinə görə, bu nəqliyyat marşrutu təkcə region ölkələri üçün deyil, bütövlükdə Avropa üçün yeni imkanlar açır.

Nazirin fikrincə, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın inkişafına xidmət edir. O, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və digər enerji layihələrinin uğurlu əməkdaşlığın ən bariz nümunələri olduğunu bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →