—

Trampın əmrindən sonra ordu husilərin mövqelərini bombalamağa başlayıb

428
Trampın əmrindən sonra ordu husilərin mövqelərini bombalamağa başlayıb
Dinləmək üçün basın

ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə fəaliyyət göstərən husilərə qarşı əməliyyatlara başlamaq barədə əmr verib.

ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə fəaliyyət göstərən husilərə qarşı əməliyyatlara başlamaq barədə əmr verib.

InterPress.ge xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında bildirib.

Onun sözlərinə görə, husilər Amerikanın və digər dövlətlərin gəmilərinə, təyyarələrinə qarşı terror kampaniyası aparıblar:

“ABŞ bayrağı altında olan ticarət gəmisinin Süveyş kanalı, Qırmızı dəniz və ya Ədən körfəzindən təhlükəsiz şəkildə keçməsindən bir ildən artıq vaxt keçir. İran tərəfindən maliyyələşdirilən husilər ABŞ təyyarələrinə raket zərbələri endirib, bizim qoşunlarımızı və müttəfiqlərimizi hədəfə alıblar. Bu hücumlar ABŞ və dünya iqtisadiyyatına milyardlarla dollara başa gəlib, eyni zamanda, günahsız insanların həyatını riskə atıb”.

Əmrdən sonra ABŞ ordusu Yəməndə husilərin nəzarətində olan hədəflərə hava zərbələri endirib. Husilərə məxsus “Al Masirah” telekanalı paytaxt Səna şəhərinə zərbələr endirildiyini bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →