—

Tbilisi Məhkəməsində səs-küy – Saakaşvilinin tərəfdarları hakimə qarşı etiraz edir

470
Tbilisi Məhkəməsində səs-küy – Saakaşvilinin tərəfdarları hakimə qarşı etiraz edir
Dinləmək üçün basın

Tbilisi Şəhər Məhkəməsində böyük məbləğdə dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ittihamı ilə keçmiş prezident Mixail Saakaşvili və Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teimuraz Canaşiya barəsində çıxarılan hökm…

Tbilisi Şəhər Məhkəməsində böyük məbləğdə dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ittihamı ilə keçmiş prezident Mixail Saakaşvili və Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teimuraz Canaşiya barəsində çıxarılan hökm etirazlarla qarşılanıb.

InterPress.ge xəbər verir ki, Saakaşvilinin tərəfdarları məhkəmə zalında hakim Badri Koçlamazashvilini “Bidzininin qulu” adlandıraraq ona qarşı şüarlar səsləndiriblər. Bu səbəbdən Zviad Kuprava məhkəmə zalından çıxarılıb.

Tbilisi Şəhər Məhkəməsi qərarı elan edərək, Mixail Saakaşvilini 9 il müddətinə azadlıqdan məhrum edib, Teimuraz Canaşiyanı isə 300 min lari məbləğində cərimələyib.

Prokurorluq hər iki şəxsi 9 milyon lari məbləğində dövlət vəsaitinin qrup halında mənimsənilməsi ilə ittiham edirdi.

Məhkəmə iclasında nə Mixail Saakaşvili, nə də Teimuraz Canaşiya iştirak edib. Hakim bildirib ki, Penitensiar Xidmət məhkəməyə sənəd təqdim edərək Saakaşvilinin iclasa məsafədən qoşulmaqdan imtina etdiyini və sağlamlığının yaxşılaşmasına qədər məhkəmənin təxirə salınmasını istədiyini qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →