—

Tbilisi Şəhər Məhkəməsi Mixail Saakaşvilini 9 il həbs cəzasına məhkum etdi

528
Tbilisi Şəhər Məhkəməsi Mixail Saakaşvilini 9 il həbs cəzasına məhkum etdi
Dinləmək üçün basın

Dövlət büdcə vəsaitlərinin mənimsənilməsi işi üzrə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilini 9 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət büdcə vəsaitlərinin mənimsənilməsi işi üzrə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilini 9 il müddətinə azadlıqdan məhrum edilib.

InterPress.ge xəbər verir ki, qərarı Tbilisi Şəhər Məhkəməsi verib.

Eyni iş üzrə Dövlət Təhlükəsizlik Xidməti (DTSX) keçmiş rəhbəri Teimuraz Canaşiyaya isə 300 min lari (GEL) məbləğində cərimə cəzası tətbiq olunub.

Məhkəmə qərarını hakim Badri Koçlamazashvili elan edib.

Prokurorluq Saakaşvili və Canaşiyanı dövlət büdcəsindən 9 milyon lari həcmində vəsaiti qrup şəklində mənimsəməkdə ittiham edirdi.

Məhkəmə iclasında nə Mixail Saakaşvili, nə də Teimuraz Canaşiya iştirak edib. Hakimin sözlərinə görə, Penitensiar Xidmət məhkəməyə sənəd təqdim edib ki, Saakaşvili iclasa məsafədən qoşulmaqdan imtina edib və səhhətinin yaxşılaşmasına qədər prosesin təxirə salınmasını istəyib.

Qeyd edək ki, hər iki şəxs onlara qarşı irəli sürülən ittihamları qəbul etmir və özlərini günahsız hesab edirlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →