—

Tbilisi Dövlət Universitetinin iki müəllimi işdən azad edilib

400
Tbilisi Dövlət Universitetinin iki müəllimi işdən azad edilib
Dinləmək üçün basın

"İra Xerkheulidze və Giorgi Tsertsvadze siyasi motivlərlə Tbilisi Dövlət Universitetindən çıxarılıb."

"İra Xerkheulidze və Giorgi Tsertsvadze siyasi motivlərlə Tbilisi Dövlət Universitetindən çıxarılıb."

InterPress.ge xəbər verir ki, bu barədə “Lelo - Güclü Gürcüstan” partiyasının baş katibi İrakli Kupradze sosial şəbəkədə bildirib.

“Hər ikisi son dərəcə peşəkar və vicdanlıdır – həm pedaqoq, həm də vətəndaş kimi.

Onları ruhlandırmaq və təsəlli vermək lazım deyil, çünki hər ikisi öz yolunu tapacaq. Universitetdə “qəpik-quruşa” dərs demək belə peşəkarlar üçün sadəcə şərəf məsələsidir, yoxsa gəlir mənbəyi deyil.

Bu hadisə ağır və cinayət xarakterlidir. Universitet neçənci dəfə məhv edildi!?” - Kupradze “Facebook”da yazıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →