—

Bu gün Yel çərşənbəsidir

548
Bu gün Yel çərşənbəsidir
Dinləmək üçün basın

Bu gün Yel çərşənbəsi qeyd olunur.

Bu gün Yel çərşənbəsi qeyd olunur.

InterPress.ge xatırladır ki, Yel çərşənbəsi Novruzun dörd əsas çərşənbəsindən üçüncüsüdür. Xalq inanclarına görə, bu gün əsən küləklər torpağı hərəkətə gətirir, təbiətə yeni nəfəs verir.

Bu çərşənbədə tonqal qalamaq, onun üzərindən atlanmaq, evləri təmizləmək və bayrama hazırlıq görmək ənənədir. İnanclara görə, Yel çərşənbəsində əsən küləklər insanın ağrı-acısını alıb aparır. Başqa bir inanca görə isə Yel çərşənbəsində külək arzuları göylərə qaldırır. Buna görə də bu axşam niyyət tutanlar çox olur.

Yel çərşənbəsi bizə baharın yaxınlaşdığını, təbiətin yenidən canlandığını xatırladır. Bu küləkli gündə əsrlərdir davam edən ənənələri yaşatmaq Novruza daha bir addım atmaq deməkdir.

Qeyd edək ki, Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 18-nə təsadüf edəcək. Novruz bayramı martın 20-21-22-si qeyd ediləcək.

Yaz fəslinin Gürcüstana daxil olması martın 20-si Tbilisi vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →