—

Şarmanashvili: “Sanksiyalar nəticə vermədi və gələcəkdə də verməyəcək”

264
Şarmanashvili: “Sanksiyalar nəticə vermədi və gələcəkdə də verməyəcək”
Dinləmək üçün basın

"İndiyə qədər atılan addımlar heç bir nəticə verməyib və gələcəkdə də verməyəcək."

"İndiyə qədər atılan addımlar heç bir nəticə verməyib və gələcəkdə də verməyəcək."

InterPress.ge xəbər verir ki  bu fikirləri“Gürcü Arzusu”nun deputatı Tengiz Şarmanashvili, Avropa İttifaqının sanksiyalarla bağlı açıqlamasına cavab olaraq bildirib. 

“Onlar nə qədər addım atdılar, nə qədər sanksiya tətbiq etdilər, hansısa nəticəyə nail oldularmı?! Yox, və gələcəkdə də nail ola bilməyəcəklər. Amma təbliğat müharibəsini davam etdirmək üçün belə addımların atılması gözləniləndir və buna təəccüblənməməliyik”, – Şarmanashvili bildirib.

Onun sözlərinə görə, Qərbin Gürcüstan hakimiyyətinə təzyiq göstərmək cəhdləri heç bir təsir göstərməyəcək və ölkənin suverenlik siyasəti dəyişməz qalacaq.

“Əgər onların himayədarları hələ də başa düşməyiblərsə ki, bu sanksiyalar bizim siyasətimizi dəyişdirməyəcək, deməli onların vəziyyəti yaxşı deyil”, – deyə deputat əlavə edib.

Zürabişvilinin planına reaksiya: “Gülməli olacaq”

Şarmanashvili həmçinin Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvilinin yaxın zamanda yeni plan dərc edəcəyi barədə xəbərə də münasibət bildirib və onu qeyri-ciddi hesab etdiyini deyib:

“Artıq bu xanımla bağlı şərh vermək istəmirəm. O qədər gülməli addımlar atır ki, hətta şərhə dəyməz. Gözləyək, görək nə yayımlayacaq. Məncə, elə bir şey olacaq ki, hamımız birlikdə güləcəyik. O qədər qeyri-ciddi bir insandır ki, ciddi arqument gətirə biləcəyi artıq inandırıcı deyil”, – deyə deputat vurğulayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →