—

Parlament qarşısında etirazçılar yolu bağlayıblar

313
Parlament qarşısında etirazçılar yolu bağlayıblar
Dinləmək üçün basın

Parlament binasının qarşısında toplaşan etirazçılar avtomobil yolunu bağlayıblar.

Parlament binasının qarşısında toplaşan etirazçılar avtomobil yolunu bağlayıblar.

InterPress.ge xəbər verir ki, polis kordonunun olmasına baxmayaraq, qanunverici orqanın qarşısında toplaşan nümayişçilər yolun nəqliyyat üçün bağlanmasına nail olublar.

Eyni zamanda, etiraz aksiyasına ictimai yayım qurumunun binasından yürüşlə qoşulan yeni qruplar da əlavə olunur.

Ardıcıl 97 gündür davam edən etiraz aksiyalarının əsas tələbləri yeni seçkilərin keçirilməsi və aksiya dövründə həbs olunan bütün şəxslərin qeyd-şərtsiz azadlığa buraxılmasıdır.

Xatırladaq ki, etiraz dalğası Baş nazir İrakli Kobaxidzenin 28 noyabr bəyanatından sonra başlamışdır. O, Gürcüstanın Avropa İttifaqına üzvlük danışıqlarının 2028-ci ilə qədər təxirə salındığını açıqlamışdı.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →