—

Gürcüstanda bu gün koronavirusa yoluxan 196 nəfər bu bölgələrdəndir

966
Gürcüstanda bu gün koronavirusa yoluxan 196 nəfər bu bölgələrdəndir
Dinləmək üçün basın

"Koronavirusun təsdiqlənmiş 196 yeni halından 128-i Acarada qeydə alınıb". InterPress . ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlama verib. Onun sözlərinə…

"Koronavirusun təsdiqlənmiş 196 yeni halından 128-i Acarada qeydə alınıb".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlama verib.

Onun sözlərinə görə, 196 yeni yoluxma halından 30-u Tbilisidə aşkarlanıb.

"Dünən ölkə üzrə 3306 nəfər virusdaşıyıcısı var idi, bu gün 196 yeni yoluxma halı da əlavə olunaraq say 3502-ə yüksəldi.

196 yeni yoluxma sayı bu cür bölünür : Acara - 128, Tbilisi - 30, Kutaisi - 19, Sameqrelo - 6, Kvemo Kartli - 5, Şida Kartli - 1, Quriya - 4, Mçxeta Mtianeti - 2, və Kaxeti - 1", - deyə Ezuqbaia qeyd edib.

Onun sözlərinə görə, Tbilisidə yoluxma mənbələri müxtəlifdir. Dəqiq deyə bilmərəm amma yəqinki, bəzisi karantin zonasından, bəzisinin yəqin yerdəyişmə tarixçəsi və təmas ola bilər.

M. Ezuqbaianın açıqlamasına görə, tibb işçilərinin yoluxma sayı digər ölkələrlə müqayisədə Gürcüstanda daha azdır.

"Başqa xarici ölkələrlə müqayisədə bizim ölkəmizdə tibb işçilərinin yoluxma faizi daha aşağıdır" - dedi M. Ezuqbaia.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →