—

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Özbəkistana rəsmi səfəri başlayıb

411
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Özbəkistana rəsmi səfəri başlayıb
Dinləmək üçün basın

Daşkənddə, İslam Kərimov adına beynəlxalq hava limanında Baş naziri Özbəkistanın Baş naziri Abdulla Aripov, Baş nazirin müavini Cəmşid Xocayev və Daşkəndin meri Şavkat Umurzakov qarşılayıb.

Daşkənddə, İslam Kərimov adına beynəlxalq hava limanında Baş naziri Özbəkistanın Baş naziri Abdulla Aripov, Baş nazirin müavini Cəmşid Xocayev və Daşkəndin meri Şavkat Umurzakov qarşılayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Rəsmi səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Baş nazir Abdulla Aripov, həmçinin parlamentin Nümayəndələr Palatasının spikeri və Senatın sədri ilə görüşlər keçirəcək.

Daşkənddə iki ölkə hökumət nümayəndələrinin iştirakı ilə Gürcüstan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 10-cu iclası baş tutacaq.

Baş nazir İrakli Kobaxidze Özbəkistana rəsmi nümayəndə heyəti ilə birlikdə səfər edib. Heyətə birinci vitse-premyer, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, idman naziri Şalva Qoğoladze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →