—

İrakli Kobaxidze rəsmi səfərlə Özbəkistana yola düşüb

191
İrakli Kobaxidze rəsmi səfərlə Özbəkistana yola düşüb
Dinləmək üçün basın

Səfər çərçivəsində Kobaxidze Özbəkistan prezidenti Şavkat Mirziyoyev, baş nazir Abdulla Aripov, parlamentin Qanunvericilik Palatasının sədri və Senatın sədri ilə görüşəcək .

Gürcüstanın baş naziri İrakli Kobaxidze rəsmi səfər çərçivəsində Özbəkistan Respublikasına gedib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan hökumətinin administrasiyası yayıb.

Səfər çərçivəsində Kobaxidze Özbəkistan prezidenti Şavkat Mirziyoyev, baş nazir Abdulla Aripov, parlamentin Qanunvericilik Palatasının sədri və Senatın sədri ilə görüşəcək.

Məlumata görə, Daşkənddə Gürcüstan və Özbəkistanın hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 10-cu iclası keçiriləcək.

Baş naziri rəsmi səfərdə müşayiət edən Gürcüstan nümayəndə heyətinə aşağıdakı şəxslər daxildir:

  • Levan Davitaşvili – birinci vitse-premyer, iqtisadiyyat və davamlı inkişaf naziri;
  • Maka Boçorişvili – xarici işlər naziri;
  • İrakli Karseladze – regional inkişaf və infrastruktur naziri;
  • Davit Sonqulaşvili – ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri;
  • Şalva Qoğolaadze – idman naziri;
  • Levan Jorjoliani – hökumət administrasiyasının rəhbəri.

Səfər çərçivəsində iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →