—

Parlament qarşısında etiraz aksiyası keçirilir

260
Parlament qarşısında etiraz aksiyası keçirilir
Dinləmək üçün basın

Tbilisidə parlament binası qarşısında etiraz aksiyası yenidən başlayıb , etirazçılar Rustaveli prospektini bağlayıblar .

Tbilisidə parlament binası qarşısında etiraz aksiyası yenidən başlayıb, etirazçılar Rustaveli prospektini bağlayıblar.

InterPress.ge xəbər verir ki, 94-cü gündür davam edən fasiləsiz etirazlarda iştirakçılar eyni tələblərlə parlament qarşısına toplaşıblar:

  • Erkən parlament seçkilərinin təyin edilməsi
  • Etirazlar zamanı saxlanılan şəxslərin azadlığa buraxılması

Aksiya iştirakçıları Gürcüstan, Ukrayna və Avropa İttifaqının bayraqlarını dalğalandırırlar və müxtəlif şüarlar səsləndirirlər:

  • "Seçkilər təyin edin, dayanmarıq!"
  • "Ədalət olmayacaqsa, sülh də olmayacaq!"
  • "Oliqarxiyaya qarşı mübarizə!"

Eyni zamanda, etirazlar Gürcüstan İctimai Yayımçısının binası qarşısında da keçirilir. Buradan nümayişçilər ənənəvi olaraq Rustaveli prospektinə yürüş edəcəklər.

Aksiya iştirakçıları həmçinin müxtəlif məzmunlu plakatlar və Gürcüstan ilə Avropa İttifaqının bayraqlarını gətiriblər. Hazırda polis ərazidə təhlükəsizliyi təmin etmək üçün gücləndirilmiş rejimdə xidmət aparır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →