—

Xaraqaulidə itkin düşmüş 3 çoban axtarılır

359
Xaraqaulidə  itkin düşmüş 3 çoban axtarılır
Dinləmək üçün basın

Xaraqauli rayonunun Xidari kəndində üç nəfərin axtarış-xilasetmə işləri davam edir.

Xaraqauli rayonunun Xidari kəndində üç nəfərin axtarış-xilasetmə işləri davam edir.

InterPress.ge xəbər verir ki, onlar mal-qaranı otarmaq üçün Sakraula dərəsinə aparıblar və daha sonra əlaqə kəsilib.

Rayon meriyasının mətbuat xidmətinin verdiyi məlumata görə, artıq iki nəfərin – Tariel Xetsadze və Qriqol Beradzenin koordinatları müəyyən edilib. Hazırda isə Merab Koçadzenin olduğu yer müəyyənləşdirilir.

Axtarış-xilasetmə əməliyyatına Gürcüstan Müdafiə Nazirliyinin qüvvələri və Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəolunması Xidmətinin əməkdaşları cəlb olunub. Ərazidə dron vasitəsilə monitorinq aparılır.

Məlumata görə, itkin düşən şəxslər bir-birindən təxminən 3 kilometr məsafədə yerləşir. Bölgədə qar örtüyünün hündürlüyü 3 metrə çatır.

Həmçinin, kəndin təşəbbüs qrupu ərazidə yol açmaq üçün səylər göstərir. Axtarış işləri davam etdirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →