—

“Xarici agentlərin qeydiyyatı haqqında” qanunun pozulmasına görə cinayət məsuliyyəti tətbiq olunacaq

220
“Xarici agentlərin qeydiyyatı haqqında” qanunun pozulmasına görə cinayət məsuliyyəti tətbiq olunacaq
Dinləmək üçün basın

Gürcüstan parlamentində “Gürcü Arzusu” tərəfindən təqdim edilən “Xarici agentlərin qeydiyyatı haqqında” qanun layihəsinə əsasən, bu qanunun tələblərinə əməl etməyən və ya düzgün icra etməyən şəxslərə qarşı cinayət…

Gürcüstan parlamentində “Gürcü Arzusu” tərəfindən təqdim edilən “Xarici agentlərin qeydiyyatı haqqında” qanun layihəsinə əsasən, bu qanunun tələblərinə əməl etməyən və ya düzgün icra etməyən şəxslərə qarşı cinayət məsuliyyəti nəzərdə tutulur.

InterPress.ge xəbər  verir ki,  mövcud məlumata görə, sözügedən qanun layihəsi ABŞ-da tətbiq olunan FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununun birbaşa tərcüməsidir.

Layihəyə uyğun olaraq, cinayət məcəlləsinə yeni maddə əlavə ediləcək və “Xarici agentlərin qeydiyyatı haqqında” qanunun pozulması hallarında beş ilədək azadlıqdan məhrumetmə və ya cərimə cəzası tətbiq olunacaq.

Qeyd edək ki, ötən ilin yazında qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında” qanun bu tələblərə əməl olunmaması halında yalnız inzibati cərimələrin tətbiqini nəzərdə tuturdu. Yeni dəyişikliklər isə məsuliyyəti daha da sərtləşdirir və cəzaların ağırlaşdırılmasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →