—

Gürcüstanda Sovet İşğalı Günü: Dövlət bayraqları endirildi

303
Gürcüstanda Sovet İşğalı Günü: Dövlət bayraqları endirildi
Dinləmək üçün basın

Bu gün, Sovet işğalının ildönümü münasibətilə Gürcüstandakı bütün inzibati binalarda, o cümlədən Hökumət Administrasiyasının və Parlament binasının üzərindəki dövlət bayraqları endirilib.

Bu gün, Sovet işğalının ildönümü münasibətilə Gürcüstandakı bütün inzibati binalarda, o cümlədən Hökumət Administrasiyasının və Parlament binasının üzərindəki dövlət bayraqları endirilib.

InterPress.ge xəbər verir ki, bu tarixi günlə əlaqədar xaricdəki Gürcüstan diplomatik nümayəndəliklərində də bayraqlar endirilib.

Xatırladaq ki, Gürcüstan Parlamenti 2010-cu il iyulun 21-də qəbul etdiyi qərarla 25 fevralı Sovet İşğalı Günü elan edib.

1921-ci il fevralın 25-də Sovet Rusiyasının Qırmızı Ordusu Tbilisini işğal etdi və demokratik yolla seçilmiş Gürcüstan hökumətini devirdi. Bununla da Gürcüstan Demokratik Respublikası beynəlxalq hüquq subyekti olaraq müstəqilliyini itirdi və Sovet İttifaqına ilhaq edildi.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →