—

Tbilisidə etiraz yürüşünə hücum olub – naməlum şəxslər iştirakçılara hücum ediblər

421
Tbilisidə etiraz yürüşünə hücum olub – naməlum şəxslər iştirakçılara hücum ediblər
Dinləmək üçün basın

Tbilisidə İctimai Yayım Şirkətinin qarşısından başlayan etiraz yürüşünün iştirakçılarına Filarmoniya yaxınlığında hücum olub.

Tbilisidə İctimai Yayım Şirkətinin qarşısından başlayan etiraz yürüşünün iştirakçılarına Filarmoniya yaxınlığında hücum olub.

InterPress.ge xəbər verir ki, etirazçıların sözlərinə görə,  iki naməlum şəxs avtomobildən düşərək onlara qarşı fiziki zorakılıq tətbiq edib.

Şahidlərin sözlərinə görə, hücum edənlərdən biri qılınc, digəri isə beysbol dəyənəyi ilə silahlanmış olub.

Hücum etirazçılar parlament binasına doğru yürüş edərkən baş verib. Qısa qarşıdurmadan sonra naməlum şəxslər ərazidən uzaqlaşıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Hazırda hücum edənlərin kimliyi və motivi məlum deyil.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →