—

Gürcüstanda bu gün koronavirusa yoluxan 187 nəfərin hansı bölgələrdən olduğu açıqlandı

1,118
Gürcüstanda bu gün koronavirusa yoluxan 187 nəfərin hansı bölgələrdən olduğu açıqlandı
Dinləmək üçün basın

"Koronavirusun təsdiqlənmiş 187 yoluxma halından 116-sı Acarada, 30-u Tbilisidə qeydə alınıb". InterPress . ge xəbər verir ki, bu barədə Yoluxucu xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlama verib…

"Koronavirusun təsdiqlənmiş 187 yoluxma halından 116-sı Acarada, 30-u Tbilisidə qeydə alınıb".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlama verib.

Onun bildirdiyinə görə, ölkədə koronavirus dayıcılarından 14-nün vəziyyəti kritik ağır 70-dən çoxunun vəziyyəti isə ağırdır.

"187 yeni virus yoluxması qeydə alındı. Virusdaşıyıcılarının ümumi sayı 3306 nəfəri təşkil etdi. Bu 187 nəfərdən 116-sı Acarada, 4-ü Quriyada, 30-u Tbilisidə, 15-i İmeretidə, 3-ü Kaxetidə, 2-i Mçxetada, 11-i Sameqreloda, 1-i Samçxedə, 2-i Kvemo Kartlidə və 3-ü Şida Kartlidə qeydə alınıb.

46 nəfər isə sağalıb və bununla da sağalanların ümumi sayı 1481 nəfər təşkil etdi. Sağalanların say faizi 45%-dir. Covid mərkəzlərdə və mehmanxana tipli xəstəxanalarda 1798 xəstə müalicə alır. Buradan 14-ü kritik ağır, 70-dən çoxu isə ağırdır.

Yoluxucu xəstəliklər xəstəxanasına gəlincə burada 35 nəfər müalicə alır. Bunlardan biri kritik ağır, 3-ü isə ağırdır", - deyə Ezuqbaia qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →