—

Rusiya XİN: “Ukraynanın NATO-ya üzvlüyü bizim üçün qəbuledilməzdir”

327
Rusiya XİN: “Ukraynanın NATO-ya üzvlüyü bizim üçün qəbuledilməzdir”
Dinləmək üçün basın

"Ukraynanın NATO-ya üzv olması Moskva üçün qəbuledilməzdir və bu addım Rusiyanın təhlükəsizliyi üçün ciddi təhlükə yaradacaq, eləcə də Avropada fəlakətli nəticələrə səbəb ola bilər."

"Ukraynanın NATO-ya üzv olması Moskva üçün qəbuledilməzdir və bu addım Rusiyanın təhlükəsizliyi üçün ciddi təhlükə yaradacaq, eləcə də Avropada fəlakətli nəticələrə səbəb ola bilər."

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib.

“Ukraynanın NATO-ya daxil olması bizim üçün qəbuledilməzdir. Bu, təhlükəsizliyimizə ciddi təhdid yaradacaq və bütün Avropa üçün fəlakətli nəticələr doğuracaq,” – deyə Zaxarova vurğulayıb.

O əlavə edib ki, Kiyevin NATO-ya üzvlüyündən imtina etməsi artıq kifayət deyil və 2008-ci ildə keçirilən Buxarest sammitində Ukraynaya verilən NATO-ya üzvlük zəmanəti ləğv edilməlidir.

“Alyans Buxarest sammitində verdiyi vədlərdən imtina etməlidir. Həmin vədlər gələcəkdə Ukraynanın Şimali Atlantika blokuna qoşulmasını təmin edirdi,” – deyə Rusiya XİN sözçüsü qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →