—

Nənəsini öldürən şəxs saxlanıldı - DİN bəzi təfərrüatları açıqladı (VİDEO)

639
Nənəsini öldürən şəxs saxlanıldı - DİN bəzi təfərrüatları açıqladı (VİDEO)
Dinləmək üçün basın

Kaspi bələdiyyəsində baş vermiş 85 yaşlı qadının qətli ilə bağlı 1989-cu il təvəllüdlü G.M. saxlanılıb.

Kaspi bələdiyyəsində baş vermiş 85 yaşlı qadının qətli ilə bağlı 1989-cu il təvəllüdlü G.M. saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda qeyd olunub. 

İlkin istintaq G.M.-nin 1940-cı il təvəllüdlü N.M.-yə baş nahiyəsinə küt alətlə ağır xəsarət yetirdiyini və nəticədə qadının həyatını itirdiyini müəyyən edib. Cinayətdən sonra şübhəli hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları operativ əməliyyat-axtarış tədbirləri nəticəsində onu isti izlərlə saxlayıb.

Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə aparılır. Bu maddə ilə 10 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Hazırda araşdırmalar davam edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →