—

Gürcüstanda keçirilən beynəlxalq hərbi təlim başa çatıb

491
Gürcüstanda keçirilən beynəlxalq hərbi təlim başa çatıb
Dinləmək üçün basın

Gürcüstanda keçirilən “Layiqli Tərəfdaş 2020” (Noble Partner 2020) adlı beşinci çoxmillətli hərbi təlimlər başa çatıb.

Gürcüstanda keçirilən “Layiqli Tərəfdaş 2020” (Noble Partner 2020) adlı beşinci çoxmillətli hərbi təlimlər başa çatıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Sentyabrın 7-də start götürən hərbi təlimlərin bağlanış mərasimi bu gün Vaziani poliqonunda keçirilib. Tədbirdə Gürcüstan dövlət və hökumət rəsmiləri, ABŞ-ın Gürcüstandakı səfiri, iştirakçı ölkələrin zabitləri iştirak edib.

Builki hərbi təlimlərdə Gürcüstanla yanaşı, NATO üzvü olan 4 dövlətdən - ABŞ, Böyük Britaniya, Polşa və Fransadan olan ümumilikdə 2 700-dən çox şəxsi heyət iştirak edib.

Təlimlərdə tərəfdaş qüvvələrin hərbçiləri sahə tapşırıqları ilə yanaşı, kiber təhlükəsizlik və informasiya əməliyyatları üzrə müxtəlif tapşırıqlar yerinə yetiriblər.

“Güc tərəfdaşlıqdadır” şüarı ilə keçirilən təlimlərin məqsədinin tərəfdaş ölkələrin hərbi qüvvələrinin qarşılıqlı əməliyyat qabiliyyətinin, hərbi hazırlığının inkişaf etdirilməsi, həmçinin Qara dəniz bölgəsində stabilliyin və təhlükəsizliyin gücləndirilməsi olduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəl 2018-ci ildə keçirilən “Layiqli Tərəfdaş 2020” hərbi təlimlərində 13 ölkədən (Azərbaycan, Gürcüstan, Ermənistan, Almaniya, Fransa, Estoniya, Birləşmiş Krallıq, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və ABŞ) 3 000-dən artıq hərbi qulluqçu iştirak edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →