—

Rustavidə 24 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb

1,394
 Rustavidə 24 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb
Dinləmək üçün basın

Bolnisi bələdiyyəsinin İncəoğlu kənd sakini, 24 yaşlı Vüqar Yaqubov ötən gün Rustavi şəhərində qətlə yetirilib.

Bolnisi bələdiyyəsinin İncəoğlu kənd sakini, 24 yaşlı Vüqar Yaqubov ötən gün Rustavi şəhərində qətlə yetirilib.

InterPress.ge  xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin (CM) 116 və 236-cı maddələri üzrə istintaq davam edir”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, CM-in 116-cı maddəsi ehtiyatsızlıqdan ölümə səbəb olma (altı aydan iki ilədək ev dustaqlığı və ya iki ildən dörd ilədək azadlıqdan məhrumetmə), 236-cı maddə isə qanunsuz silah əldə etmə, saxlama, gəzdirmə və daşıma hallarını (cərimə, altı aydan iki ilədək ev dustaqlığı və ya iki ilədək azadlıqdan məhrumetmə) nəzərdə tutur.

Hadisənin detalları məlum deyil. İlkin məlumata görə, cinayət mübahisə zəminində baş verib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →