—

Tramp Ədliyyə Nazirliyinə miqrantları deportasiya etmək səlahiyyəti verib

596
Tramp Ədliyyə Nazirliyinə miqrantları deportasiya etmək səlahiyyəti verib
Dinləmək üçün basın

ABŞ Prezidenti Donald Trampın administrasiyası Narkotiklərlə Mübarizə İdarəsinə (DEA), spirtli içkilər, tütün, odlu silah və partlayıcı maddələrə nəzarət bürosuna (ATF) və Marşal Xidmətinə qeyri-qanuni miqrantları…

ABŞ Prezidenti Donald Trampın administrasiyası Narkotiklərlə Mübarizə İdarəsinə (DEA), spirtli içkilər, tütün, odlu silah və partlayıcı maddələrə nəzarət bürosuna (ATF) və Marşal Xidmətinə qeyri-qanuni miqrantları deportasiya etmək səlahiyyəti verib.

IntePress.ge xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qəzetin məlumatına görə, daxili təhlükəsizlik naziri səlahiyyətlərinin icraçısı Benjamin Hafman öz qeydlərində Federal Təhqiqat Bürosunun agentlərinin də miqrantları saxlamaq səlahiyyətinə malik olduğunu qeyd edib.

“The Wall Street Journal” qeyd edib ki, adətən DEA və ATF əməkdaşları silah və ya narkotik maddələrlə bağlı cinayətlər istisna olmaqla, deportasiya məsələləri ilə məşğul olmurdular. Marşal Xidməti isə federal axtarışda olan şəxslər miqrasiya qanunvericiliyinin pozulmasında iştirak etdikdə cəlb olunurdu.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →