—

Bu gün Donald Trump-ın inauqurasiya mərasimi keçiriləcək

407
 Bu gün Donald Trump-ın inauqurasiya mərasimi  keçiriləcək
Dinləmək üçün basın

Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti Donald Trump-ın inauqurasiya mərasimi bu gün keçiriləcək.

Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti Donald Trump-ın inauqurasiya mərasimi bu gün keçiriləcək.

InterPress.ge xəbər verir ki, mərasim ABŞ-ın Kapitoliya binasında təşkil ediləcək, - məlumatı CBS yayıb.

Andiçmə mərasimi yerli vaxtla saat 21:00-da başlayacaq. Donald Trump, Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsinin baş hakimi Con Robertsin qarşısında, ümumiyyətlə prezidentin həyat yoldaşının saxladığı Müqəddəs Kitab üzərində and içəcək və sonra aşağıdakı sözləri deyəcək:  

"Şərəflə and içirəm (və ya təsdiqləyirəm), ki, Amerika Birləşmiş Ştatlarının prezidenti olaraq vəzifəmi sadiqcə yerinə yetirəcəyəm və öz imkanlarım daxilində, Amerika Birləşmiş Ştatlarının Konstitusiyasını qoruyacaq və müdafiə edəcəyəm."

And içdikdən sonra Donald Trump inauqurasiya nitqi ilə çıxış edəcək.

Adətən prezidentlərin inauqurasiya mərasimləri Kapitoliya binasının xaricində keçirilir, lakin gözlənilən soyuq hava şəraiti səbəbindən bu ənənə pozulacaq və andiçmə mərasimi Kapitoliya binasının Rotundasında baş tutacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →