—

Rusiyalı turisti öldürməkdə şübhəli bilinənlər saxlanılıblar

375
Rusiyalı turisti öldürməkdə şübhəli bilinənlər saxlanılıblar
Dinləmək üçün basın

Gürcüstanda həyat yoldaşı ilə birlikdə tətildə olan rusiyalı iş adamının qətlində şübhəli bilinən iki nəfər saxlanılıb.

Gürcüstanda həyat yoldaşı ilə birlikdə tətildə olan rusiyalı iş adamının qətlində şübhəli bilinən iki nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"1986 və 1992-ci il təvəllüdlü iki şəxs Viktor Solovyovu qarət edib, ona atəş açıb və cinayətin izlərini gizlətmək üçün cəsədini Nakra çayına atıblar. Şübhəlilər həbs edilib", - nazirlikdən bildirilib.

Onlar 16 il və daha çox, eləcə də ömürlük həbs cəzası ala bilərlər. Bu şəxslərə Gürcüstan Cinayət Məcəlləsinin soyğunçuluq, qətl, odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsi maddələri ilə ittiham irəli sürülüb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →