—

2024 cü ildə ölkədən çıxarılan əcnəbilərin sayı artıb

481
2024 cü ildə ölkədən çıxarılan əcnəbilərin sayı artıb
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən cari ilin noyabr-dekabr aylarında müxtəlif ölkələrin 91 vətəndaşı ölkədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən cari ilin noyabr-dekabr aylarında müxtəlif ölkələrin 91 vətəndaşı ölkədən çıxarılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Nazirliyin məlumatına görə, ölkədən çıxarılma proseduru çərçivəsində bir qismi Gürcüstanı könüllü tərk edib, bir qismi isə Miqrasiya Departamenti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Gürcüstandan məcburi şəkildə çıxarılıb.

“Müvafiq qanunvericiliyə əsasən, noyabr-dekabr aylarında İran, Əlcəzair, Hindistan, Mərakeş, Şri-Lanka, Misir, Pakistan, Nigeriya, İraq, Türkiyə, Azərbaycan, Rusiya, Türkmənistan və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsində deportasiya proseduruna başlanılanlar arasında bu ilin noyabr-dekabr aylarında Tbilisidə davam edən etiraz aksiyalarında iştirak etmiş və məhkəmə tərəfindən müxtəlif inzibati qaydada cərimələnmiş xarici ölkə vətəndaşları da var  - cəmi 25 nəfər.

Onlardan 10 əcnəbi vətəndaş artıq Gürcüstan ərazisini tərk edib.

2024-cü ilin məlumatlarına görə, Miqrasiya İdarəsi ümumilikdə 430 əcnəbini ölkədən çıxarıb ki, bu da əvvəlki illə müqayisədə 126% çoxdur.

Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır. Onun əsas səlahiyyəti qanuni əsas olmadan Gürcüstanda olan xarici vətəndaşları müəyyən etmək və onların Gürcüstandan çıxarılmasını həyata keçirməkdən ibarətdir”, - məlumatda qeyd olunur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →