Ermənistan-Gürcüstan sərhədindəki “Baqrataşeni” sərhəd-keçid məntəqəsinin ərazisində pirotexniki vasitələr anbarında baş vermiş yanğın nəticəsində 3 nəfər xəsarət alıb.
InterPress.ge xəbər verir ki, məlumata görə, hadisə yerinə Daxili İşlər Nazirliyinin rayon xilasetmə idarəsinin əməliyyat qrupu, yanğın-xilasetmə qrupunun 5 nəfər canlı qüvvəsi, bir su daşıyıcısı və patrul dəstələri səfərbər olunub.
KİV-in məlumatına görə, hazırda yanğın lokallaşdırılıb.
