—

Ukrayna Rusiya qazının Avropaya tranzitini dayandırıb

498
Ukrayna Rusiya qazının Avropaya tranzitini dayandırıb
Dinləmək üçün basın

Ukrayna Rusiya qazının Avropaya tranzitini dayandırıb.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna mətbuatı ölkənin təbii qaz tranzit sisteminin operatoruna əsaslanaraq yazır.

Ukraynanın təbii qaz tranziti sisteminin operatorunun sözlərinə görə, şirkət ilə “Qazprom” arasında 2019-cu il dekabrın 30-da imzalanmış müqavilə Kiyev vaxtı ilə saat 7:00-da başa çatıb.

“Operator müəyyən edilmiş qaydada beynəlxalq tərəfdaşları məlumatlandırıb. Buna görə də yanvarın 1-dən Ukraynanın qaz tranziti sistemi Rusiyanın qaz tranziti rejimində işləmir”, - Ukraynanın təbii qaz tranzit sisteminin operatoru bildirir.

Ukraynanın energetika naziri German Qaluşenko Rusiya qazının Ukrayna tərəfindən tranzitinin dayandırılmasını tarixi hadisə adlandırıb. “Biz Rusiya qazının tranzitini dayandırdıq. Bu, tarixi hadisədir. Rusiya bazarlarını itirir, maliyyə itkiləri yaşayır. Avropa artıq Rusiya qazından imtina barədə qərar qəbul edib”, - deyə Ukraynanın energetika naziri bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →