—

Marko Mixelson: Gürcü xalqı həm sözdə, həm də əməldə Avropa ölkələrindən mənəvi və real dəstəyə layiqdir

360
Marko Mixelson: Gürcü xalqı həm sözdə, həm də əməldə Avropa ölkələrindən mənəvi və real dəstəyə layiqdir
Dinləmək üçün basın

"Ardıcıl 32 gündür öz qətiyyətini nümayiş etdirən gürcü xalqı Avropa ölkələrindən mənəvi və real dəstəyə layiqdir"

"Ardıcıl 32 gündür öz qətiyyətini nümayiş etdirən gürcü xalqı Avropa ölkələrindən mənəvi və real dəstəyə layiqdir"

InterPress.ge xəbər verir ki, bu barədə Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mixelson özünün X saytında yazıb.

Mixelsonun fikrincə, Avropa dövlətlərinin “ikili münasibəti” göstərir ki, Avropada azadlıq və demokratiyanın qorunmasının dəyəri yaxın gələcəkdə xeyli yüksək olacaq.

"Rusiyanın Gürcüstanda hakimiyyəti ələ keçirməsi və Avropa dövlətlərinin hökumətlərinin qeyri-legitim rejimə qarşı ikili münasibət sərgiləməsi, təəssüf ki, Avropada azadlığın və demokratiyanın qorunmasının dəyərinin yaxın gələcəkdə xeyli yüksək olacağından xəbər verir. Ardıcıl 32 gün əzmkarlığını nümayiş etdirən gürcü xalqı həm sözdə, həm də əməldə Avropa ölkələrindən mənəvi və real dəstəyə layiqdir. Əgər gürcü xalqı yorulmasa və təslim olmasa, o zaman Avropa da özünə buna hüquq verməməlidir”, - deyə Marko Mixelson yazıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →