—

İlham Əliyev: İlk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik

805
İlham Əliyev: İlk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik
Dinləmək üçün basın

Azərbaycan Prezidenti İlham Əliyev ilk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitmədiklərini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev ilk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitmədiklərini bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə dövlət başçısı dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində danışıb.

İlham Əliyev vurğulayıb ki, hər hansı bir qəsdən, terror aktı törətmək məsələsindən söhbət gedə bilməz:

"Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən, terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik. Təbii ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Bundan mənim şübhəm yoxdur".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →